AZ

Sumqayıtda DƏHŞƏT - Bir ailədən 5 uşaq dəm qazından zəhərləndi

Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində bir ailənin 5 üzvünün dəm qazından zəhərlənmə hadisəsi baş verib.

Bizim.Media "Report"a istinadla xəbər verir ki, qəsəbə sakinləri - 2015-ci il təvəllüdlü Cəbrayılov Cəbrayıl Kamil oğlu, Cəbrayılov Məhəmməd Kamil oğlu (2018), Cəbrayılov Həmzə Kamil oğlu (2019), Cəbrayılova Ayişə Kamil qızı (2021) və Cəbrayılova Gülcənnət Kamil qızı (2024) yaşadıqları evin hamam otağında dəm qazından zəhərləniblər.

Zəhərlənən şəxslər dərhal xəstəxanaya çatdırılıb və onlara tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

Seçilən
26
12
bizim.media

10Mənbələr