AZ

Prezident TDT dövlətlərinin hökumət başçılarını qəbul etdi (FOTO)


Aprelin 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir sıra türk dövlətlərinin yüksəkvəzifəli nümayəndələrini qəbul edib.
Qaynarinfo xəbər verir ki, görüşdə Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov, Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenov, Qırğız Respublikasının Nazirlər Kabinetinin sədri Adılbek Kasımaliyev, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Nökərqulu Ataqulıyev, Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstel, həmçinin Türk Dövlətləri Təşkilatının baş katibi Kubaniçbek Ömüralıyev iştirak ediblər.
Qeyd edək ki, qonaqlar Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının görüşündə iştirak etmək məqsədilə Azərbaycanda səfərdədirlər.
Prezident TDT dövlətlərinin hökumət başçılarını qəbul etdi (FOTO)

Seçilən
11
24
nuh.az

10Mənbələr