AZ

Kral Donanması şişmə gəmilər alacaq

Böyük Britaniya qeyri-adi bir hərbi təşəbbüsün - tez yerləşdirilə bilən və radarlara faktiki olaraq görünməz olmaq üçün hazırlanmış şişmə hərbi gəmilər donanmasının yaradılmasının başladığını elan edib.

Hökumət iddia edir ki, yeni sistem Kral Donanmasına xərcləri əhəmiyyətli dərəcədə artırmadan ölçüsünü kəskin şəkildə artırmağa imkan verəcək.

Herbiand.az xəbər verir ki, Britaniyanın müdafiə naziri Barnabi Haddok layihəni "inqilabi" adlandırıb və şişmə platformaların "bir gecədə" donanmanın ölçüsünü dörd dəfə artıra biləcəyinə əminlik verdi.

"Bu gəmilər radar tərəfindən aşkarlanmır, yüksək mobildir və hücum halında asanlıqla dəyişdirilə bilər - bunun üçün sadəcə bir nasos və bir az səbr lazımdır", - deyə o bildirib.

Seçilən
37
herbiand.az

1Mənbələr