AZ

Vətən müharibəsindən sonra mina qurbanı olan vətəndaşlarımızın SAYI AÇIQLANDI – ÖZƏL

Ötən gün işğaldan azad edilmiş Ağdərə rayonunun Suqovuşan qəsəbəsi yaxınlığında mina hadisəsi baş verib.

Rayonun Hacıqərvənd kənd sakini 1982-ci il təvəllüdlü Məhərrəmov Mahir Abdulla oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə mina partlayışı nəticəsində sağ ayağından xəsarət alıb.

Hazırda sağ ayağının bir hissəsində cərrahi əməliyyat aparılan şəxsin vəziyyəti ağır qiymətləndirilir.

Bəs torpaqlarımız işğaldan azad olunduqdan sonra nə qədər şəxs mina partlamasından əziyyət çəkib?

Bu barədə Xarici İşlər Nazirliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, 2020-ci il Vətən müharibəsinin bitməsindən sonra 419 azərbaycanlı mina qurbanı olub.

Qeyd edilib ki, onlardan 72-si həlak olub, 347-si isə ağır yaralanıb.

Günay Şahmar, Bizim.Media

Seçilən
13
1
bizim.media

2Mənbələr