"İranla əlaqəli İraq qrupları növbəti 24-48 saat ərzində Bağdadın mərkəzində hücumlar həyata keçirə bilər".
Herbiand.az xəbər verir ki, belə bir açıqlamanı ilə ABŞ-ın İraqdakı səfirliyi yayıb.
"İran və İranla əlaqəli qruplar İraq Kürdüstanı da daxil olmaqla, İraq boyunca ABŞ vətəndaşlarına və ABŞ-la əlaqəli hədəflərə qarşı genişmiqyaslı hücumlar həyata keçiriblər.
Onlar ABŞ vətəndaşlarına, müəssisələrə, universitetlərə, diplomatik nümayəndəliklərə, enerji infrastrukturuna, otellərə, hava limanlarına və ABŞ-la əlaqəli olduğu güman edilən digər yerlərə, eləcə də İraq müəssisələrinə və mülki hədəflərə hücum etmək niyyətində ola bilərlər."
Səfirlik qeyd edib ki, ABŞ vətəndaşları dərhal İraqı tərk etməlidirlər.