AZ

Qattuzonun yerinə sürpriz ad: İtaliya millisində yeni dövr FOTO

ain.az bildirir, Oxu.az portalına istinadən.

Qısa müddət öncə "Tottenhem"lə yollarını ayıran İqor Tudor tezliklə İtaliya milli komandasının sükanı arxasına keçə bilər.

Oxu.Az xəbər verir ki, İtaliya Futbol Federasiyası komandanı dünya çempionatına apara bilməyən Cennaro Qattuzo ilə əməkdaşlığı davam etdirmək niyyətində deyil və onunla yayda başa çatacaq müqavilə yenilənməyəcək.

Federasiya rəhbərliyi boş qalacaq bu posta məhz xorvatiyalı mütəxəssisi təyin etməyi planlaşdırır.

Xatırladaq ki, təcrübəli İqor Tudor məşqçilik karyerası ərzində "Qalatasaray", "Marsel" və "Yuventus" kimi tanınmış klublara rəhbərlik edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
2
oxu.az

3Mənbələr