Mia.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
“Rusiya Avropa İttifaqı (Aİ) istiqamətində atdığı addımlar səbəbindən Ermənistanla iqtisadi münasibətlərin gələcəyindən narahatdır”.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında dünən Moskvada keçirilən görüşdən sonra TASS xəbər agentliyinə müsahibəsində deyib.
Overçuk bildirib ki, Ermənistan administrasiyası Rusiya və Avrasiya İqtisadi Birliyi (AİB) ilə münasibətlərə dəyər verdiklərini göstərən açıqlamalar versə də, fərqli mənzərələr görürlər: "Onların sözlərini hərəkətləri ilə müqayisə etdikdə, həmkarlarımızın Ermənistanla iqtisadi münasibətlərimizi fərqli bir şəkildə qurmalı olduğumuz nöqtəyə çox yaxın olduqları qənaətinə gəlirik. Ermənistanın Aİ-yə doğru atdığı addımların Rusiya üçün suallar doğurur. Rusiya hökuməti öz səlahiyyətləri daxilində Ermənistanla ticarət və iqtisadi münasibətlərin gələcək gedişatından narahatdır. Bilirsiniz ki, Rusiya şirkətləri artıq Ermənistana investisiya qoymaqda tərəddüd edir”.
O əlavə edib ki, Ermənistanla Rusiya arasında ticarət həcmi əvvəlki ilə nisbətən 2025-ci ildə 5,1 milyard dollar azalıb.
Ermənistandakı Metsamor Atom Elektrik Stansiyası statusundan danışan Overçuk bu stansiyaların istismar müddətinin 2036-cı ilə qədər uzadılacağını istisna etməyib.
Overçuk Türkiyə ilə Azərbaycan arasında birbaşa dəmir yolu xəttinin tikintisi prosesinə toxunaraq bildirib ki, Azərbaycanla Türkiyə arasında birbaşa dəmir yolu əlaqəsinin mövcudluğu özü-özlüyündə hər iki ölkə üçün dəyərdir.
Hüseyn Namazov
MİA.AZ
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.