AZ

Orta Dəhlizin infrastrukturunun inkişaf etdirilməsi vacibdir - Kubanıçbek Ömüralıyev

Bakı. Trend:

Orta Dəhliz infrastrukturunun inkişaf etdirilməsi vacibdir.

Trend xəbər verirki, bunu Türk Dövlətləri Təşkilatının Baş katibi KubanıçbekÖmüralıyev TDT-yə üzv ölkələrin hökumət başçıları vəvitse-prezidentlərinin Bakıda keçirilən ikinci iclası zamanıbildirib.

“Orta Dəhlizin infrastrukturu, birgə logistika mərkəzləri vənəqliyyat şirkətləri inkişaf etdirilməli, Xəzər dənizi üçün müasirgəmilərin tikintisi üzrə işçi qrupu yaradılmalı və prioritetlayihələrin maliyyələşdirilməsi üçün Türk İnvestisiya Fondununresurslarından istifadə edilməlidir”, – deyə o bildirib.

Ömüralıyev qeyd edib ki, nəqliyyat və əlaqəlilik TDTçərçivəsində əməkdaşlığın inkişafı üçün perspektivli istiqamətlərolaraq qalmaqdadır. Orta Dəhliz qısa və təhlükəsiz marşrut olaraqxüsusilə əhəmiyyətlidir.

“Energetika təhlükəsizliyi qlobal miqyasda son dərəcə zəruriməsələdir. Türk dünyası həm ənənəvi, həm də bərpa olunan enerjisahəsində böyük potensiala malikdir”, – deyə o əlavə edib.

Onun sözlərinə görə, TDT üzv ölkələrinin təşəbbüsləriiqtisadiyyatı möhkəmləndirir və Avropanın enerji təhlükəsizliyinətöhfə verir.

Ömüralıyev qeyd edib ki, nəqliyyat və əlaqəlilik TDTçərçivəsində əməkdaşlığın inkişafı üçün perspektivli istiqamətlərolaraq qalır. Orta Dəhliz qısa və təhlükəsiz marşrut olaraqxüsusilə əhəmiyyətlidir.

Məqalədə:
Seçilən
15
az.trend.az

1Mənbələr