AZ

İtaliya AVRO-2032-yə ev sahibliyi hüququnu itirə bilər

Bakı, 2 aprel, AZƏRTAC

İtaliya 2032-ci il futbol üzrə Avropa çempionatını keçirmək hüququnu itirə bilər.

AZƏRTAC xarici mətbuata istinadla xəbər verir ki, bu barədə UEFA-nın prezidenti Aleksandr Ceferin açıqlama verib.

O, bu ehtimalı ölkədə idman infrastrukturunun, xüsusilə stadionların vəziyyəti ilə əlaqələndirib. UEFA rəhbəri bildirib ki, İtaliya mövcud problemlərin səbəblərini araşdırmalıdır: “İtaliyanın niyə Avropada ən zəif futbol infrastrukturuna malik ölkələrdən biri olduğu sualına cavab verilməlidir. AVRO-2032 planlaşdırılıb və keçiriləcək. Ümid edirəm ki, infrastruktur hazır olacaq. Əks halda, turnir İtaliyada baş tutmayacaq”.

Qeyd edək ki, 2032-ci il Avropa çempionatının İtaliya ilə yanaşı, Türkiyədə də keçirilməsi nəzərdə tutulur.

Seçilən
29
1
azertag.az

2Mənbələr