Bakı. Trend:
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 2026-cı ilüzrə “QS Subject Rankings” reytinqində “İncəsənət və Dizayn” sahəsiüzrə dünyanın ən yaxşı universitetləri sırasında yer almasıuniversitetin bu istiqamətdə uzun illər ərzində formalaşdırdığıelmi-pedaqoji potensialın və strateji inkişaf xəttinin mühümnəticəsidir.
AzMİU bu nüfuzlu beynəlxalq reytinqdə dizayn sahəsi üzrəAzərbaycandan yer alan yeganə ali təhsil müəssisəsi olmaqla yanaşı,ölkədə bu istiqamət üzrə lider mövqeyini bir daha təsdiqləyib.Universitetin 201–250 aralığında qərarlaşması onu dünya üzrə ənyaxşı 250 universitet sırasına daxil edir ki, bu da əldə olunannəticənin yüksək göstəricisidir.
Qeyd etmək lazımdır ki, AzMİU-da dizayn təhsili sistemli vəməqsədyönlü şəkildə inkişaf etdirilib. Hələ 1994-cü ildən etibarənbu sahədə elmi-pedaqoji kadr potensialı formalaşdırılmış, 1998-ciildən isə dizayn ixtisası üzrə peşəkar kadr hazırlığınabaşlanılmışdır. Bu illər ərzində yaradılan akademik baza və tətbiqolunan müasir tədris yanaşmaları ölkədə dizayn təhsilinininkişafında mühüm rol oynayıb.
2024-cü ildən etibarən universitetdə müstəqil Dizaynfakültəsinin yaradılması ilə bu istiqamət yeni inkişaf mərhələsinəqədəm qoyub. Fakültədə beynəlxalq standartlara uyğun, praktik vəinnovativ yanaşmalara əsaslanan tədris prosesi təşkil olunur,tələbələrin yaradıcılıq potensialının inkişafına xüsusi diqqətyetirilir.
AzMİU-nun dizayn sahəsində beynəlxalq əməkdaşlıq imkanları dagenişdir. Universitet Avropanın aparıcı ali təhsil müəssisələri iləikili diplom proqramları həyata keçirir, tələbələrə beynəlxalqakademik mühitdə təhsil almaq və təcrübə qazanmaq imkanıyaradır.
Bununla yanaşı, universitetdə fəaliyyət göstərənİtaliya–Azərbaycan Dizayn Mərkəzi bu sahədə xüsusi əhəmiyyətəmalikdir. Mərkəz İtaliyanın qabaqcıl dizayn təcrübəsininöyrənilməsi və tədris prosesinə inteqrasiyası baxımından mühümplatforma rolunu oynayır.
Biz hesab edirik ki, əldə olunan bu nəticə təkcə bir reytinqgöstəricisi deyil, həm də universitetin dizayn sahəsində ölkədəformalaşdırdığı lider mövqeyin beynəlxalq səviyyədə tanınmasınınbariz göstəricisidir. Universitet bundan sonra da dizayn təhsilinininkişafı, yaradıcı sənayelərlə inteqrasiyanın gücləndirilməsi vəbeynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətindəfəaliyyətini davam etdirəcək.
Nicat Abdullayev
AzMİU-nun ictimaiyyətlə əlaqələr şöbəsininmüdiri