AZ

Prezident bu görüşə dəvət edildi

Qazaxıstanın Baş naziri Oljas Bektenov Azərbaycan Preizdenti İlham Əliyevi bu ilin may ayının 15-də Türküstan şəhərində keçiriləcək TDT-nin qeyri-rəsmi görüşündə iştiraka dəvət edib.

News365.az-ın məlumatına görə, Oljas Bektenov bu gün İlham Əliyevin qəbulunda olarkən çıxışı zamanı bildirib:

"Sizi və təşkilata üzv dövlətlərin rəhbərlərini cari ilin 15 may tarixində müqəddəs Türküstan şəhərində TDT-nin qeyri-rəsmi görüşündə gözləyirik və yüksəksəviyyəli qonaqları qarşılamağa hazırlaşırıq.

Azərbaycan və Qazaxıstan arasında münasibətlər olduqca dinamik şəkildə inkişaf edir. Bizim çoxsaylı böyük iqtisadi layihələrimiz var. Bu il biz ilk mühüm, strateji layihəmiz olan, Avropanı Çin və Asiya regionu ilə birləşdirəcək, Xəzər dənizinin dibi ilə inşa edilən fiber-optik kabel layihəsini başa çatdıracağıq. Ümid edirik ki, həmin layihə bütün dövlətlərimizin, regionumuzun inkişafına böyük təkan verəcək. Türk Dövlətləri Təşkilatı çərçivəsində bizim həmkarlar, dostlar və qardaşlar arasında olduqca yaxşı, səmimi və etimad üzərində qurulmuş əlaqələrimiz var. İqtisadi layihələrimizin sayı olduqca çoxdur. Hökumətlər səviyyəsində həmkarlarımızla sıx əlaqədəyik, tez-tez görüşürük və məsələləri öz səviyyəmizdə həll etməyə çalışırıq ki, rəhbərlərimiz görüşərkən müsbət dəyişiklikləri müzakirə etsinlər".

Seçilən
32
5
news365.az

9Mənbələr