AZ

Tramp Makrona lağ etdi: Avradının yumruğundan hələ də özünə gəlməyib

ain.az bildirir, Olke.az saytına əsaslanaraq.

"Mən Fransadakı Makrona zəng edirəm, onun həyat yoldaşı ona çox pis rəftar edir. O, hələ də çənəsindən aldığı yumruqdan sonra özünə gəlməkdədir".

Ölkə.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp açıqlamasında deyib.

NATO müttəfiqlərini Yaxın Şərqi silkələyən İrana qarşı müharibəyə qoşulmadıqlarına görə sərt tənqid edən Tramp Makrona lağ edib.

2025-ci ilin may ayında yayımlanan və Vyetnama səfəri zamanı Bricit Makronun Fransa prezidentinin üzünə yumruq vurduğunu göstərən xəbər videosuna istinad edən Tramp deyib ki, Makron əvvəlcə iddianı təkzib edərək onu dezinformasiya adlandırdı.

"Mən dedim: “Emmanuel, pis insanları və ballistik raketləri öldürməkdə rekordlar qırsaq da, Fars körfəzində köməyə çox şad olarıq. Mümkünsə, dərhal gəmilər göndərə bilərsinizmi?”

Daha sonra o, saxta fransız aksenti ilə Makronun nəzərdə tutulan cavabını verir: "Xeyr, biz bunu edə bilmərik, Donald. Biz bunu müharibədə qalib gəldikdən sonra edə bilərik. 

Mənsə cavabımda dedim: “Xeyr, müharibəni qazandıqdan sonra Emmanuelə ehtiyacım yoxdur”.

 Mürtəza

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
3
olke.az

4Mənbələr