AZ

İki badmintonçumuz Avropa çempionatında qüvvəsini sınayacaq

Idman.biz portalından verilən məlumata əsasən, ain.az bildirir.

İspaniyanın Uelva şəhərində keçiriləcək badminton üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan idmançıları müəyyənləşib.

İdman.Biz-in əldə etdiyi məlumata görə, yarışda ölkəmizi iki idmançı təmsil edəcək.

Belə ki, baş məşqçi Morteza Validarvinin rəhbərliyi altında kişilərin şəxsi yarışında Edi Reski Dviçayo, qadınların şəxsi yarışında isə Keişa Fatimə Zəhra mübarizə aparacaq.

Qeyd edək ki, Avropa çempionatı aprelin 6-dan 12-dək davam edəcək və idmançılarımız yarışa 1/32 final mərhələsindən qoşulacaqlar.

Vüqar Vüqarlı

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
41
icma.az

1Mənbələr