Sia Az saytından alınan məlumata görə, ain.az bildirir.
Dövlət Gömrük Komitəsinin “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı Tibbi Xidmət İdarəsinin rəhbər şəxsləri, şöbə rəisləri və əməkdaşları üçün “Korrupsiyaya qarşı mübarizə” mövzusunda təlimlər keçirilib.
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım təlimdə çıxış edərək səhiyyə sahəsində şəffaflığın daha da artırılması, korrupsiyaya şərait yaradan halların qarşısının alınması və mübarizə tədbirlərinin davamlılığının təmin edilməsinin əhəmiyyətindən danışıb, həmçinin Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin əməkdaşlarının məlumatlandırılması və maarifləndirilməsi ilə bağlı həyata keçirilən davamlı təlim və tədbirlərin bu məqsədə xidmət etdiyini vurğulayıb.
Eyni zamanda Mərkəzi Gömrük Hospitalının rəis müavini Nahidə Mahmudova çıxış edərək səhiyyə sahəsində şəffaflığın və etik davranış prinsiplərinin qorunmasının tibbi xidmətin keyfiyyətinə və pasiyent məmnuniyyətinə birbaşa təsir etdiyini vurğulayıb. Rəis müavini Nahidə Mahmudova korrupsiyaya qarşı ardıcıl və prinsipial mübarizə müasir, etibarlı və insan yönümlü səhiyyə sisteminin formalaşmasının əsas şərtlərindən biri olmasını, Mərkəzi Gömrük Hospitalında korrupsiya ilə mübarizə istiqamətində mütəmadi olaraq əməkdaşlar arasında məlumatlandırıcı təlimlərin həyata keçirildiyini qeyd edib.
Təlimlərdə iş prosesində korrupsiyaya şərait yaradan halların qarşısının alınması sahəsində həyata keçirilən mütəmadi xarakterli tədbirlər və korrupsiya hüquqpozmalarına qarşı ciddi və səmərəli mübarizə üsulları barədə ətraflı məlumat verilib. Tədbir zamanı iştirakçılara korrupsiyanın anlayışı və mahiyyəti, onun sosial-hüquqi nəticələri, korrupsiyaya qarşı mübarizənin dövlət siyasətində prioritet istiqamətləri, korrupsiya hüquqpozmalarının növləri, həmin hüquqpozmalara görə tətbiq olunan məsuliyyət tədbirləri, mədəniyyət sahəsinə xas korrupsiya riskləri, eləcə də bu sahədə profilaktik və institusional mexanizmlər barədə, eləcə də korrupsiyaya yol verə biləcək hallar barədə geniş məlumat verilib.
Qeyd edək ki, il ərzində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsində korrupsiyaya qarşı mübarizə tədbirləri davamlı olaraq həyata keçirilir, əməkdaşların maarifləndirilməsi və şəffaflığın artırılması istiqamətində fəaliyyətlər mütəmadi şəkildə davam etdiriləcək.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.