AZ

İlham Əliyev: Qarabağ və Şərqi Zəngəzurun bərpasında yenə də Azərbaycanın yanında qardaş ölkələrdir



Qarabağ və Şərqi Zəngəzurun bərpasında yenə də Azərbaycanın yanında qardaş ölkələrdir.

Newscenter.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşünün iştirakçılarını qəbul edərkən bildirib.

Dövlət başçısı Qarabağın bərpasında qardaş ölkələrin dəstəyinə görə minnətdarlığını da ifadə edib:

"Xüsusi minnətdarlığı Qarabağın bərpasına qardaş ölkələrin dəstəyinə görə ifadə etmək istərdim. Həm bərpa işlərinə, həm Qarabağda yeni müəssisələrin yaradılması işinə verdiyiniz dəstək bizim üçün çox önəmlidir. Bildiyiniz kimi, artıq Özbəkistan tərəfindən bizə hədiyyə edilmiş Mirzə Uluqbəy məktəbi fəaliyyət göstərir. Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi fəaliyyət göstərir. Qırğızıstanın hədiyyəsi olan Manas məktəbi fəaliyyət göstərir. Bunlar Füzuli, Ağdam rayonlarındadır. Türkiyədən olan bir çox şirkətlər önəmli infrastruktur layihələrində - yollar, körpülər, tunellər, dəmir yolları layihələrində iştirak edirlər".

Prezident İlham Əliyev Qarabağda iş yerlərinin yaradılmasının da Azərbaycan üçün çox önəmli olduğunu söyləyib:

"Eyni zamanda, Qarabağda iş yerlərinin yaradılması da bizim üçün çox önəmlidir və yenə də burada birinci xarici sərmayə qardaş ölkələrdən gəlib. Xankəndidə Özbəkistanın dəstəyi ilə böyük tikiş fabriki fəaliyyətə başlamışdır və hörmətli Prezident Şavkat Miromonoviç Mirziyoyevlə birlikdə biz o fabrikin açılışını qeyd etmişdik. Yəni bütün bunlar bir daha göstərir ki, bu gün bizim üçün əsas olan məsələdə, yəni Qarabağın və Şərqi Zəngəzurun bərpasında yenə də bizim yanımızda qardaş ölkələrdir. Biz də öz növbəmizdə hər zaman lazım olan dəstəyi göstərməyə hazırıq və bunu edirik. Türkiyədə yaşanan o dəhşətli zəlzələdən sonra Azərbaycan öz qardaşlıq dəstəyini göstərmişdir və Azərbaycanın maliyyə imkanları hesabına Kahramanmaraşda 100 milyon Amerika dolları dəyərində "Azərbaycan məhəlləsi" tikilib. Hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanla birlikdə biz bu "Azərbaycan məhəlləsi"nin açılışını da qeyd etmişdik".

Anar
Seçilən
17
2
newscenter.az

10Mənbələr