AZ

Ərini ad günündə öldürmüşdü İl yarım həbs verildi

ain.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ərini öldürməkdə ittiham olunan 40 yaşlı Nərgiz Quliyevanın ittihamı yüngülləşdirilib, qısamüddətli həbslə cəzalandırılıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsi bu işlə bağlı bir az əvvəl hökmünü elan edib.

Səbinə Məmmədzadənin sədrlik etdiyi hakimlər belə qənaətə gəliblər ki, təqsirləndirilən şəxs qəsdən deyil, ehtiyatsızlıq nəticəsində ərinin ölümünə səbəb olub.

Bu səbəbdən xanım müttəhimin əməli Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsindən, eyni məcəllənin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə tövsif edilib.

Hökmə əsasən, N.Quliyeva cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 1 il 6 ay azadlıqdan məhrum edilib. O, ötən ilin avqustundan həbs edildiyi üçün bundan sonra cəmi 10 ay çəkilməmiş cəzası qalıb. Bundan əlavə, o, məntəqə tipli cəzaçəkmə müəssisəsində saxlanılacağı üçün müəyyən vaxtlarda azadlıqda olacaq.

Hökmdən əvvəl prokuror təqsirləndirilən şəxsin 12 il həbsini tələb etmişdi.

Qeyd edək ki, hadisə Xəzər rayonunun Türkan qəsəbəsində baş verib. N.Quliyeva ərini elə onun doğum günündə öldürüb. Həmin gün mərhum 46 yaşını qeyd etmək üçün məclis təşkil edibmiş. Ailənin yaxınları da hadisənin qəsdən deyil, təsadüfən baş verdiyini bildirmişdilər.

Sail Ağasəlim

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
6
qafqazinfo.az

7Mənbələr