“Supertoys” şirkətinin vergi borcu bir qədər də artıb.
Tiraj.az-ın məlumatına görə, hazırda şirkətin 2 222 654,46 manat vergi borcu var.
Bir müddət əvvəl vergi borcunun məbləği 1 458 915, 28 manat idi.
“Supertoys” MMC 2018-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi Cəfərov Xəqani Vədud oğludur.
Ötən il “Sədərək” Ticarət Mərkəzində baş verən güclü yanğı zamanı “Supertoys” MMC-nin də anbarı yanmışdı.
