AZ

Tələbə universitetin maliyyə səhvlərinə görə məsuliyyət daşımamalıdır – Deputat

Bakı. Trend:

Qərbi Kaspi Universitetində Dövlət sifarişi ilə (ödənişsiz)təhsil alan tələbələrdən əlavə ödəniş tələb olunur. Qərbi KaspiUniversiteti isə 2025-ci ilin sonu ilə bağlı ayrılmış vəsaitlərindövlət büdcəsinə geri qaytarılması ilə belə bir problem ortayaçıxdığını qeyd edir.

Bəs dövlət sifarişi ilə təhsil alan tələbələrə artıq göstərilmişxidmətlərə görə vəsaitin geri qaytarılması və ya silinməsi hüquqibaxımdan nə dərəcədə əsaslıdır? Maliyyə ili ilə tədris iliarasındakı uyğunsuzluq belə problemlərin yaranmasına necə təsiredir və bu boşluğun aradan qaldırılması üçün hansı mexanizmlərtətbiq olunmalıdır?

Mövzu ilə bağlı Trend-ə açıqlamasında Milli Məclisin Elm və TəhsilKomitəsinin üzvü, deputat Elçin Mirzəbəyli bildirib ki, Qərbi KaspiUniversitetində dövlət sifarişi ilə təhsil alan tələbələrdən ödəniştələb olunması ilə bağlı yaranmış vəziyyət həm hüquqi, həm dəinstitusional baxımdan ciddi suallar doğurur və bu məsələni birneçə əsas amil üzrə dəyərləndirmək zəruridir.

Onun sözlərinə görə, dövlət sifarişi əsasında maliyyələşməuniversitetlə dövlət arasında bağlanmış müqavilə və qüvvədə olannormativ hüquqi aktlar əsasında həyata keçirilir:

"Universitet tələbəni bu sifariş əsasında qəbul edir və onatəhsil xidməti göstərir. Bu halda artıq göstərilmiş xidmətə görəmaliyyənin sonradan geri qaytarılması hüquqi sabitlik prinsipinəziddir. Hüquqda qəbul olunmuş əsas prinsiplərdən biri geriyəqüvvənin yolverilməzliyidir, yəni baş vermiş hüquqi münasibətlərsonradan dəyişdirilərək tərəflərdən birinin zərərinə yozula bilməz.Eyni zamanda məlum olduğu kimi həm universitetin, həm də tələbənindərs ilinin başlanğıcında dövlətin maliyyə öhdəliklərinə əsaslananqanuni gözləntiləri formalaşır. Bu gözləntilərin birtərəfli qaydadapozulması hüquqi baxımdan əsaslandırıla bilməz. Buna görə də artıqgöstərilmiş təhsil xidmətlərinə görə vəsaitin silinməsi hüquqicəhətdən əsaslandırılmamış addım kimi qiymətləndirilə bilər".

Dövlət sifarişi üzrə müqavilələrin büdcə ilindən dahaüstün hüquqi çərçivəyə malik olması vacibdir

Elçin Mirzəbəyli maliyyə ili ilə tədris ili arasındakıuyğunsuzluğa da diqqət çəkib. O qeyd edib ki, praktikada maliyyəili yanvar-dekabr aralığını əhatə etdiyi halda, tədris ilisentyabrdan başlayaraq növbəti ilin yay aylarınadək davam edir:

"Bu struktur fərqi dövlət sifarişi üzrə ayrılan vəsaitlərinplanlaşdırılmasında boşluqlar yaradır. Nəticədə ilin sonundaayrılmış vəsaitlərin “istifadə olunmamış” kimi geri qaytarılmasıhalları baş verir, halbuki həmin vəsaitlər faktiki olaraq davamedən tədris prosesinə yönəldilməlidir. Bu uyğunsuzluq maliyyəöhdəlikləri ilə real təhsil xidmətlərinin göstərilməsi arasındaziddiyyət yaradır. Problemin aradan qaldırılması üçün çoxillikmaliyyələşmə modelinin tətbiqi, istifadə olunmamış vəsaitlərinnövbəti ilə keçirilməsinə imkan verən mexanizmlərin yaradılması,eləcə də dövlət sifarişi üzrə müqavilələrin büdcə ilindən dahaüstün hüquqi çərçivəyə malik olması vacibdir. Eyni zamanda təhsilxərcləri üçün ayrıca və daha elastik büdcə mexanizmininformalaşdırılması bu tip problemlərin qarşısını ala bilər.
Üçüncü və ən həssas məsələ isə mövcud şəraitdə tələbələrdən əlavəödəniş tələb olunmasının nə dərəcədə qanuni və ədalətli olmasıdır.Dövlət sifarişi ilə ali təhsil müəssisəsinə qəbul olunmuş tələbəfaktiki olaraq ödənişsiz təhsil hüququ qazanır və bu hüquq onunmüvafiq dövlət qurumu tərəfindən universitetə qəbul qərarı ilətəsbit olunur. Universitet bu münasibətdə tələbə ilə deyil,dövlətlə maliyyə əlaqəsindədir. Bu baxımdan, dövlətin maliyyəöhdəliklərində yaranmış problem tələbənin üzərinə yönəldilə bilməz.Tələbədən sonradan ödəniş tələb olunması həm hüquqi baxımdan əsaslıdeyil, həm də sosial ədalət prinsipini pozur. Çünki tələbə özseçimlərini və gələcək planlarını məhz dövlət təminatınaəsaslanaraq qurur. Bu təminatın sonradan dəyişdirilməsi ictimaietimadın zədələnməsinə də səbəb ola bilər".

Dövlət tərəfindən əlavə maliyyə vəsaitinin ayrılması,yaxud texniki büdcə korrektələrinin aparılması ilə yaranmışboşluğun aradan qaldırılması mümkündür

Deputat mövcud vəziyyətdən çıxış yolunu isə daha çox dövlət vəuniversitet arasında maliyyə münasibətlərinin düzgüntənzimlənməsindən keçdiyini vurğulayıb:

"Qısamüddətli perspektivdə dövlət tərəfindən əlavə maliyyəvəsaitinin ayrılması, yaxud texniki büdcə korrektələrininaparılması ilə yaranmış boşluğun aradan qaldırılması mümkündür.Eyni zamanda universitetlə dövlət qurumları arasında maliyyəöhdəliklərinin restrukturizasiyası həyata keçirilə bilər. Bumüddətdə tələbələrdən ödəniş tələb olunması dayandırılmalıdır.Uzunmüddətli perspektivdə isə təhsil maliyyələşmə sistemindəislahatların aparılması, maliyyə ili ilə tədris ili arasındakıuyğunsuzluğun aradan qaldırılması və dövlət sifarişi mexanizminindaha dayanıqlı hüquqi əsaslarla müşayiət olunması zəruridir.

Yekun olaraq qeyd etmək olar ki, bu problem təkcə biruniversitetin daxilində yaranmış texniki çətinlik deyil, daha genişmənada dövlət maliyyə idarəçiliyi ilə təhsil sistemi arasındakoordinasiya problemlərinin nəticəsidir. Belə hallarda əsas prinsipondan ibarət olmalıdır ki, dövlət sifarişi ilə təhsil alan tələbəheç bir halda idarəetmə və ya büdcə planlaşdırılması səhvlərininmaliyyə yükünü daşımamalıdır. Bu prinsipin qorunması həm hüquqidövlət anlayışının, həm də sosial ədalətin vacib tərkibhissəsidir".

Seçilən
34
1
az.trend.az

2Mənbələr