Fransa Prezidenti Makron Trampın şəxsi zarafatlarını “yersiz” hesab edib.
Redaktor.az xəbər verir ki, BFMTV-nin məlumatına görə, Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Trampın onun evliliyi ilə bağlı açıqlamalarını qəti şəkildə tənqid edib.
Makron amerikalı həmkarının sözlərini “nə zərif, nə də ləyaqətli” adlandırıb və əlavə edib: “Mən buna cavab verməyəcəyəm, bu, cavaba layiq deyil”.
Daha əvvəl Ağ Evdə keçirilən brifinq zamanı Tramp Makronla həyat yoldaşı Bricit Makron arasındakı münasibətlər barədə zarafat etmişdi. Tramp demişdi: “Mən Makrona zəng etdim, ona həyat yoldaşı tərəfindən çox pis rəftar edilir. O, hələ də çənəsinə aldığı zərbədən sonra özünə gəlir”.
Aminə ŞAHSUVARQIZI