Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) prezidenti Aleksander Çeferin bildirib ki, İtaliya 2032-ci ildə keçiriləcək Avropa Futbol Çempionatını keçirmək hüququndan məhrum oluna bilər, əgər ölkə rəhbərliyi idman infrastrukturunun modernləşdirilməsi problemini həll etməsə. Oxuməni.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport”məlumat verib.
— 2032-ci ildə Avropa çempionatı İtaliyada keçirilməlidir, lakin stadionlarla bağlı vəziyyəti "çətin" sözündən başqa cür təsvir etmək mümkün deyil...
— İtaliyanın siyasi liderləri bəlkə də düşünməlidirlər ki, niyə İtaliyada Avropanın ən pis futbol infrastrukturlarından biri var. Avro-2032 planlaşdırılıb və keçiriləcək. Ümid edirəm ki, infrastruktur hazır olacaq. Əks halda, turnir İtaliyada keçirilməyəcək, — UEFA prezidenti bildirib.
Almaz Həsənli