AZ

TDT təşkilatın inkişafında Azərbaycanın rolunu yüksək qiymətləndirib

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr Azərbaycanın TDT-də davam edən sədrliyinə dəstək ifadə edib, birlik, institusional potensialın gücləndirilməsi və əməkdaşlığın inkişafına töhfəsini yüksək qiymətləndiriblər.

SİA xəbər verir ki, bu barədə Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin ikinci görüşünun sonunda qəbul edilmiş birgə bəyanatda deyilir.

"TDT-yə üzv dövlətlərin Hökumət Başçıları/Vitse-prezidenti, 2025-ci il 18 sentyabr tarixində Bişkekdə Qırğız Respublikasının sədrliyi dövründə keçirilmiş birinci görüşün uğurla təşkil olunmasını alqışlayıblar. Azərbaycanın TDT-də davam edən sədrliyinə dəstək ifadə edilib və birlik, institusional potensialın gücləndirilməsi və prioritet sahələr üzrə praktiki əməkdaşlığın inkişafına yönəlmiş fəal səylərini yüksək qiymətləndiriblər", - bəyanatda bildirilib.

Görüş iştirakçıları Naxçıvan Sazişi və TDT-nin digər əsas sənədləri çərçivəsində üzv dövlətlərin öhdəliklərini bir daha təsdiqləyib və TDT çərçivəsində sıx əməkdaşlığın regionda və onun hüdudlarından kənarda sülh, sabitlik və davamlı inkişafın təşviqində mühüm rol oynadığını vurğulayıblar.

Seçilən
5
sia.az

1Mənbələr