AZ

Ermənistan KTMT-yə yenidən qoşulmaqdan imtina etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Yerevanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qayıtmasını qeyri-real hesab etməyə davam edir.

Bizim.Media xəbər verir ki, bu barədə RİA Novosti yazır.

"Müsbət perspektivdən, yəni (KTMT-yə - red.) qayıtmaq baxımından dəyişikliklər gözləmək qeyri-realdır", - Paşinyan bildirib.

Qeyd edək ki, bir gün əvvəl Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşündə Paşinyan KTMT-nin Qarabağda Ermənistana kömək etməməsindən təəssüflənib.

Rusiya lideri buna etiraz edərək qeyd edib ki, Yerevanın özü 2022-ci ildə Qarağı Azərbaycanın bir hissəsi kimi tanıyıb.

Bizim.Media

Seçilən
7
1
bizim.media

2Mənbələr