AZ

“Məni dinləyin!” adlı monotamaşa nümayiş olunub

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 2 aprel, AZƏRTAC

Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Sənaye və Texnologiya Kollecinin təşkilatçılığı ilə 2 Aprel - Ümumdünya Autizm və Məlumatlandırma Gününə həsr olunan tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri açan Kollecin direktoru Rasim Abışov autizm spektr pozuntusu olan şəxslərin cəmiyyətə inteqrasiyasının vacibliyindən bəhs edib. O, bu cür maarifləndirmə tədbirlərinin autizmlə bağlı yanlış təsəvvürlərin aradan qaldırılmasında və inklüziv mühitin yaradılmasında mühüm rol oynadığını vurğulayıb.

Sonra çıxış edən Milli Məclisin komitə sədri Hicran Hüseynova və Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu mövzunun ictimai əhəmiyyətinə toxunublar. Natiqlər qeyd ediblər ki, autizmli fərdlərin istedadlarının üzə çıxarılması və onlara mənəvi dəstək göstərilməsi hər bir vətəndaşın mənəvi borcudur. İncəsənətin bu sahədə ən güclü ünsiyyət vasitəsi olduğu xüsusilə diqqətə çatdırılıb.

Daha sonra “Məni dinləyin” adlı monotamaşa nümayiş etdirilib. Səhnə əsərinin tərtibatında Leyla Əliyevanın “Dünya yuxutək əriyir!” şeirlər toplusundan istifadə olunub.

Tamaşanın ssenari müəllifi və quruluşçu rejissoru Fərid Bağırovdur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
24
1
azertag.az

2Mənbələr