AZ

Makronla bağlı dedikləri Fransada qəzəb yaratdı

ain.az, GlobalInfo saytına istinadən bildirir.

“ABŞ Prezidenti Donald Trampın fransalı həmkarı Emmanuel Makronu lağa qoyması Fransa ictimaiyyətini qəzəbləndirib”.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti yazıb.

Makronun sərt tənqidçisi və solçu “France Insoumise” partiyasının koordinatoru Manuel Bompard belə onun tərəfini tutub:

“Prezidentlə nə qədər razılaşmadığımı bilirsiniz, amma Donald Trampın onunla bu cür danışmasına və həyat yoldaşı haqqında belə danışmasına icazə verməsi tamamilə qəbuledilməzdir”.

Makronu ənənəvi olaraq tənqid edən digər fransız siyasətçiləri də onun müdafiəsinə qalxıblar. Parlamentin aşağı palatasının spikeri Yael Braun-Pivetin qeyd edib ki, Trampın həmkarı haqqında dedikləri hər cür tənqiddən pis idi.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Fransa Prezidenti Emmanuel Makronla həyat yoldaşı Bricit arasındakı münasibətlər barədə zarafat edib. “Mən həyat yoldaşının pis rəftar etdiyi Makrona zəng etdim. O, hələ də çənəsinə vurulan zərbədən sonra özünə gələ bilməyib”, – deyə o bildirib.

Əliyar Xəlil

Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
41
15
globalinfo.az

10Mənbələr