AZ

6 800 nəfər autizmli əlilliyi olan şəxs qeydiyyatdadır - Rəsmi

Azərbaycanda autizm sindromlu əlilliyi olan şəxslərin sayı 6 800 nəfər təşkil edir. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, reabilitasiya mərkəzlərində bu şəxslərin potensiallarına uyğun inkişafı və sərbəst yaşamaq imkanlarının artırılması məqsədilə müxtəlif xidmətlər göstərilir. Onlar psixoloq, loqoped və erqoterapiya ilə yanaşı, yoqa, hippoterapiya və rəqs terapiyası kimi istiqamətlər üzrə də dəstək alırlar.

Məlumata görə, xidmətlər ambulator, icma əsaslı, telereabilitasiya və səyyar formalarda təqdim olunur. Eyni zamanda autizmli uşaqların hippoterapiyaya cəlb edilməsi onların sosial-psixoloji və fiziki reabilitasiyasına müsbət təsir göstərir.

Seçilən
28
1
anews.az

2Mənbələr