AZ

Gələn ay Türküstanda TDT nin qeyri rəsmi görüşü keçiriləcək

Moderator.az saytına istinadən ain.az xəbər verir.

15 may tarixində Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi görüşü keçiriləcək.

Moderator.az xəbər verir ki, bunu Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenov Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.

"Türk Dövlətləri Təşkilatı çərçivəsində bizim həmkarlar, dostlar və qardaşlar arasında olduqca yaxşı, səmimi və etimad üzərində qurulmuş əlaqələrimiz var. İqtisadi layihələrimizin sayı olduqca çoxdur. Hökumətlər səviyyəsində həmkarlarımızla sıx əlaqədəyik, tez-tez görüşürük və məsələləri öz səviyyəmizdə həll etməyə çalışırıq ki, rəhbərlərimiz görüşərkən müsbət dəyişiklikləri müzakirə etsinlər.

Sizi və təşkilata üzv dövlətlərin rəhbərlərini cari ilin 15 may tarixində müqəddəs Türküstan şəhərində TDT-nin qeyri-rəsmi görüşündə gözləyirik və yüksəksəviyyəli qonaqları qarşılamağa hazırlaşırıq", - deyə O.Bektenov bildirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
5
moderator.az

9Mənbələr