AZ

“Qalatasaray”da derbi öncəsi ciddi itkilər

“Qalatasaray”ın yarımmüdafiəçisi Qabriel Sara və qapıçı Uğurcan Çakır sıradan çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, iki futbolçu da millinin düşərgəsində olub. Sara sol ayağından zədələnib, Çakır isə xəstələnib. O, dünən gecəni xəstəxanada keçirib.

Futbolçuların son durumuna bu gün keçiriləcək tibbi müayinədən sonra aydınlıq gələcək.

“Qalatasaray” Super Liqasının növbəti turunda ayın 4-də “Trabzonspor”a üz-üzə gələcək.

Seçilən
39
50
idmanxeber.az

10Mənbələr