AZ

Rumıniya millisinin baş məşqçisi Mirça Luçesku ilə yollar ayrılıb

Rumıniya Futbol Federasiyası milli komandanın baş məşqçisi Mirça Luçesku ilə vidalaşıb.

“İki sahil” xəbər verir ki, bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb. Onunla müqaviləyə vaxtından əvvəl xitam verilib.

Rumıniya yığması dünya çempionatının Avropa zonası üzrə pley-off yarımfinalında Türkiyəyə məğlub olaraq (0:1) mundiala vəsiqə şansını itirib.

Qeyd edək ki, Mirça Luçesku 2024-cü ildən milli komandaya başçılıq edirdi.

Seçilən
4
4
ikisahil.az

5Mənbələr