LOR mütəxəssisi Əliyev: Başqasının qulaqcıqlarından istifadə qulaq infeksiyalarına səbəb ola bilər.
Otolarinqoloq Əlihüseyn Əliyev xəbərdarlıq edib ki, başqasının qulaqcıqlarından istifadə qulaq infeksiyalarına səbəb ola bilər.
Bizim.Media xəbər verir ki, bu barədə həkim "Zdorovye Mail"ə verdiyi müsahibədə danışıb.
O, bu cihazların qulaq yastıqlarında mikrob və göbələklərin böyüyə biləcəyini qeyd edib.
Əliyev qeyd edib ki, patogen mikroorqanizmlər öz növbəsində iltihabi prosesi tətikləyə bilir.
Həkim problemin qarşısını almaq üçün o, insanları yalnız öz qulaqcıqlarından istifadə etməyə və onları müntəzəm olaraq təmizləməyə çağırıb.
Həkim həmçinin qulaqların təmizlənməsi üçün pambıq çubuqlardan istifadə etməmək barədə xəbərdarlıq da edib.
Çünki sərt təmizləmə üsulu müxtəlif infeksiyaların giriş nöqtələri hesab edilən mikro çatlara səbəb ola bilər.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta