Rusiyanın “Vzqlyad” qəzeti Fransada növbəti prezident seçkilərində əsas namizədlərdən biri kimi Jordan Bardellanı göstərib.
Redaktor.az xəbər verir ki, nəşrin məlumatına görə, Marin Le Penin Milli Yürüş partiyasının liderinin varisi hesab olunan Bardella Emmanuel Makrondan sonra ölkənin prezidenti ola bilər.
Məlumata görə, 30 yaşlı Bardella hazırda Milli Ralli partiyasının prezidenti vəzifəsində çalışır. Atası Əlcəzair əsilli, anası isə italyandır. O bildirib ki, böyük miqrant əhalisinin yaşadığı kasıb məhəllədə böyüməsi onun siyasi baxışlarının formalaşmasına təsir edib.
Qəzet qeyd edir ki, Bardellanın ehtimal olunan əsas rəqiblərindən biri Fransanın keçmiş Baş naziri, 37 yaşlı Qabriel Attal ola bilər.
Bundan əlavə, sol düşərgədən namizəd kimi 46 yaşlı filosof Rafael Qluksmanın adı çəkilir. Məqalədə onun daha əvvəl Rusiyanın parçalanması ilə bağlı fikirlər səsləndirdiyi qeyd olunub.
Aminə ŞAHSUVARQIZI