AZ

Sədr Neft Donanmasının rəisini vəzifəsindən azad etdi

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasının rəisi Taqət Qurbanov vəzifəsindən azad edilib.

NOCOMMENT.az-ın məlumatına görə, bununla bağlı ASCO-nun İdarə Heyətinin sədri Əfqan Cəlilov müvafiq əmr imzalayıb.

Qeyd edək ki, T.Qurbanov 2017-ci ildən Xəzər Dəniz Neft Donanmasının rəisi vəzifəsində çalışırdı. (İqtisadiyyat.az)

Seçilən
7
1
nocomment.az

2Mənbələr