Azxeber.com portalından alınan məlumata görə, ain.az xəbər verir.
Son dövrlərdə sosial şəbəkələrdə "üzgərmə” (yəni estetik müdaxilə ilə üzün formalaşdırılması) əməliyyatı geniş yayılıb. İnsanlar üz cizgilərini daha simmetrik və ifadəli göstərmək üçün müxtəlif prosedurlar etdirirlər.
AZXEBER.COM xəbər verir ki, mütəxəssislər xəbərdarlıq edir ki, bu müdaxilələrin həm sağlamlıq, həm də estetik riskləri mövcuddur.
Sağlamlıq riskləri deyəndə infeksiya, allergik reaksiyalar, sinir və əzələ zədələnməsi kimi qalıcı fəsadlar nəzərdə tutulur.
Sterilizasiya qaydalarına əməl edilmədikdə infeksiyaya yoluxma ehtimalı artır. Dolğu və botoks bəzi insanlarda allergik reaksiyaya səbəb ola bilər ki, bu da ölümcül nəticələrə gətirib çıxara bilər. Sinir və əzələ zədələnməsi isə peşəkar olmayan müdaxilələr ilə üz əzələlərinə və sinirlərə zərər verə bilər.
Sözügedən əməliyyatın estetik fəsadları da az deyil. Belə ki, asimmetriya, təbii görünüşün pozulması və uzunmüddətli deformasiya bu kimi fəsadlardandır.
Qeyri-peşəkar prosedurlar üzdə balanssız görünüş yarada bilər. Həddindən artıq müdaxilə isə üzün təbii ifadəsini süni göstərə bilər. Bəzi dolğu və implantlar illər sonra əks effekt verə bilər və üz deformasiyaya uğrayar.
Bu kimi fəsadların pasientlərə psixoloji təsirləri də az deyil. Özünə inamın azalması, gözləntiləri qarşılamadıqda insanlarda yaranan narazılıq, sosial media təsirləri insanları daha çox plastik əməliyyatlara meyl etməyə təşviq edir.
Estetik həkimlər bildirir ki, üzgərmə yalnız peşəkar mütəxəssis tərəfindən və sağlamlıq yoxlamasından sonra həyata keçirilməlidir. Həddindən artıq müdaxilə həm fiziki, həm də psixoloji problemlərə yol aça bilər.
Instagram, TikTok və digər platformalarda müğənnilər, influenserlər və məşhurlar üzgərmə edərək fərqli görünüşə bürünərək paylaşımlar edirlər. Onların bu "ideal" görünüşü xanımlarda maraq doğurur. Beləliklə insanlar gündəlik olaraq yüzlərlə "ideal sima” görür və bunu təqlid etmək istəyi yaranır.
Üzgərmə populyar trend olsa da, qərar verərkən sağlamlıq, təbii görünüş və psixoloji balans prioritet olmalıdır. Bu müdaxilələrdən əvvəl risklər barədə ətraflı məlumat almaq vacibdir.
Aysel Hacızadə
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.