Azərbaycanda lombard biznesi ilə tanına Quliyev Fərman. şirkəti “BQ” ASC tərəfindən buraxılan səhmlər adi, adlı və sənədsiz formada olmaqla hər birinin nominal dəyəri 2 005 manat təşkil edəcək.
Banker.az bunu şirkətin emissiya prospektinə istinadən xəbər verir.
Emissiya çərçivəsində 100 ədəd yeni səhm təklif olunur və ümumi emissiya məbləği 200,500 manatdır. Səhmlərin yerləşdirilməsi kütləvi təklif üsulu ilə həyata keçiriləcək və satış qiyməti nominal dəyərə bərabər olacaq.
Əldə etdiyimiz məlumata əsasən, səhm buraxılışının əsas məqsədi şirkətin nizamnamə kapitalını artırmaq, maliyyə dayanıqlığını gücləndirmək və fəaliyyət sahəsini genişləndirməkdir. Cəlb ediləcək vəsaitlərin əsasən kredit fəaliyyətinin genişləndirilməsinə, texniki resursların artırılmasına və xidmət keyfiyyətinin yaxşılaşdırılmasına yönəldilməsi nəzərdə tutulur.
Şirkətin biznes profili lombard və təminatlı kredit fəaliyyəti üzərində qurulub. “BQ” ASC fiziki şəxslərə daşınar əmlak girovu qarşılığında qısamüddətli kreditlər təqdim edir. Bu model daha az sənəd tələbi və operativlik baxımından bank sektorundan fərqlənir və xüsusilə təcili likvidlik ehtiyacı olan müştərilər üçün alternativ maliyyə mənbəyi rolunu oynayır. “BQ” əsasən klassik lombardlar, qeyri-bank kredit təşkilatları və qismən banklarla rəqabət aparır.
Mövcud vəziyyətə görə şirkətin nizamnamə kapitalı cəmi 2 səhm (4,010 manat) təşkil edir və bu səhmlərin 100%-i bir səhmdara – Quliyev Fərman Eldar oğluna məxsusdur. O, maliyyə sektoruna “Para Bank” ASC-dən əsas səhmdarından biri kimi (Hazırda “PARA BOKT) tanınır. Həmin dövrdə də “Para Bank” əsasən lombard krediti verirdi. Fərman Quliyev həmçinin “Sizin Lombard” və ya “GL” ASC-nin səhmdarıdır. “BQ” ASC 2024-cü ilin dekabrından qeydiyyata alınıb.
Yeni emissiya nəticəsində səhmdar strukturunda dəyişiklik ehtimalı mövcuddur. Əgər mövcud səhmdar yeni səhmləri almazsa, onun payı təxminən 1.97%-ə qədər azalaraq nəzarət payı yeni investorlara keçə bilər. Lakin Azərbaycanın fond bazarındakı praktikaya əsaslansaq, adətən əsas investor növbəti dəfə bu səhmləri əldə edir.
Şirkətin maliyyə göstəricilərinə gəldikdə isə son üç il üzrə dinamika bərpa və artım mərhələsini əks etdirir.
2022-ci ildə şirkət zərər edib və xalis zərər təxminən 45.3 min manat olub. 2023-cü ildə vəziyyət yaxşılaşaraq xalis mənfəət 63.6 min manata yüksəlib. 2024-cü ildə isə artım daha da sürətlənərək xalis mənfəət 343.3 min manata çatıb.
Eyni dövrdə aktivlər 4.13 milyon manatdan 5.03 milyon manata qədər artıb, kredit portfeli isə 3.77 milyon manatdan 4.51 milyon manata yüksəlib. Pul vəsaitləri də nəzərəçarpacaq şəkildə artaraq 66.4 min manatdan 267.3 min manata çatıb.
Kapital göstəricilərində də mühüm dəyişiklik müşahidə olunur. 2022 və 2023-cü illərdə mənfi olan kapital 2024-cü ildə 162.1 min manat səviyyəsinə yüksələrək müsbət zonaya keçib.