Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində daimi əsaslarla işləyən tərbiyəçi-müəllimlərin yerdəyişməsi müsabiqəsinə start verilir.Metbuat.az xəbər verir ki, bu barədə BŞTİ-dən məlumat verilib. Müsabiqədə iştirak etmək istəyən tərbiyəçi-müəllimlər 3-9 aprel tarixlərində müvafiq ərizə formasını dolduraraq BŞTİ-yə təqdim etməlidirlər. Yerdəyişmə üçün müraciət edən tərbiyəçi-müəllim təqdim olunan vakant yerlərdən yalnız birini seçə bilər.İştirakçılar ərizəyə aşağıdakı sənədləri əlavə etməlidirlər:-Yaşayış yerinin (rayonu, şəhəri) dəyişməsinə dair müvafiq təsdiqləyici sənəd (arayış);- Şəxsiyyət vəsiqəsinin surəti;- İşlədiyi məktəbəqədər təhsil müəssisəsində daimi əsaslarla tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul olunması haqqında əmrdən çıxarış (müəssisənin möhürü ilə təsdiq edilməlidir);- Əmək kitabçasının surəti (müəssisənin möhürü ilə təsdiq edilməlidir);- Diplomun surəti;- Şəhid ailə üzvü olduğu halda həmin sənədin surəti.