AZ

Abubakar “Sumqayıt”a qarşı oynayacaqmı?

“Neftçi”nin hücumçusu Vensan Abubakar zədəsini sağaldıb.

 

Msport.az xəbər verir ki, kamerunlu futbolçu bu gündən komandanın məşqlərində iştirak edir.

34 yaşlı forvard zədə səbəbindən “Neftçi”nin “Qəbələ” ilə səfər və “İmişli” ilə doğma meydandandakı oyunlarında meydana çıxmamışdı.

Xatırladaq ki, “ağ-qaralar” Azərbaycan Premyer Liqasının 26-cı turu çərçivəsində aprelin 5-də səfərdə “Sumqayıt”la qarşılaşacaq. Oyun saat 18:00-da start götürəcək.

Seçilən
17
msport.az

1Mənbələr