Baku.ws portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Yunanıstanın Girit adası Afrikadan əsən güclü küləklərin gətirdiyi toz fırtınasının təsiri altına düşüb.
BAKU.WS xəbər verir ki, cənub istiqamətindən əsən güclü küləklər səhradan qalxan toz kütləsini adaya daşıyıb. Nəticədə, Kandiye şəhəri qırmızı rəngli dumanla örtülüb, görünüş məsafəsi xeyli azalıb.
Saatda 100 kilometrə çatan külək səbəbindən Heraklion hava limanında uçuşlar ləğv edilib, dəniz nəqliyyatı isə dayandırılıb.
"Erminio" adlandırılan fırtına Giritlə yanaşı bəzi bölgələrdə məktəblərin bir gün müddətinə distant təhsilə keçməsinə səbəb olub.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.