AZ

Türkiyədə NATO-nun regional qərargahıYARADILACAQ

Türkiyədə NATO planlarına uyğun olaraq Türk Korpusunun regional qərargahı yaradılır.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata əsasən, söhbət Türkiyənin müdafiəsini alyans qüvvələri ilə birlikdə əlaqələndirəcək Çoxmillətli Korpus – Türk Regional Korpusu (MNC-T) strukturundan gedir.

Qeyd olunub ki, qərargahın həm NATO daxilində əməliyyatların əlaqələndirilməsi, həm də zərurət yarandıqda yerləşdirilən qoşunlara komandanlıq etmək funksiyasını yerinə yetirməsi gözlənilir.

Bildirilir ki, təşəbbüs Türkiyə ilə NATO arasında hərbi əməkdaşlığı gücləndirmək və regionda operativ cavab imkanlarını artırmaq məqsədi daşıyır.

Plana əsasən, yeni qərargah mümkün böhran vəziyyətlərində alyansın fəaliyyətinin koordinasiyasında mühüm rol oynayacaq.

Aminə ŞAHSUVARQIZI

Seçilən
25
21
redaktor.az

10Mənbələr