AZ

Fevralda ödəniş kartlarının sayı 191 min ədəd artıb

Banklar və “Azərpoçt” MMC sistemləri üzrə fevral ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 191 min ədəd artaraq 22 milyon 347 min ədəd təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 10% artmışdır. Ödəniş kartlarında debet kartlarının sayı 13% artmış, kredit kartlarının sayı isə 8% azalmışdır.

Marja xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankı "Statistik bülleten Fevral/2026"da bildirilir.

Qeyd edilib ki, ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, fevral ayı ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 15% artmışdır. 2026-ci ilin fevral ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8 milyard 200 milyon manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 7 milyard 171 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1 milyard 26 milyon manatı POS-terminallar, 3  milyon manatı isə özünə xidmət terminalları və bankomatların vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 69.7%-ni təşkil etmişdir. 

Azərbaycan Mərkəzi BankıAMB statistik bülletenödəniş kartları Azərbaycandebet kartları Azərbaycankredit kartları AzərbaycanAzərpoçt ödəniş sisteminağdsız ödənişlər Azərbaycanelektron ticarət ödənişləriPOS terminal ödənişləribank kartları statistikasıAzərbaycanda kart ödənişlərinağdsız əməliyyatlar Azərbaycanbank kartlarının sayı Azərbaycanödəniş sistemləri Azərbaycanelektron ödəniş bazarıbank sektorunda rəqəmsal ödənişlərAzərbaycanda fintech inkişafıbank kartı əməliyyatları statistikasıAzərbaycanda e-commerce ödənişləribankomat və özünəxidmət terminalları
Seçilən
17
7
marja.az

9Mənbələr