AZ

AFFA ilə “Eyeball” arasında əməkdaşlıq müqaviləsi imzalanıb (fotoreportaj)

AFFA ilə “Eyeball” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. “Wyndham Garden” otelində təşkil olunan imzalanma mərasimində AFFA-nın baş katibi Cahangir Fərəcullayev, “Eyeball”ın direktoru Manfred Lerley, milli assosiasiyanın və şirkətin əməkdaşları, eləcə də media nümayəndələri iştirak ediblər.
C. Fərəcullayev çıxışında bu əməkdaşlığı Azərbaycan futbolu üçün mühüm və perspektivli addım kimi qiymətləndirib. O bildirib ki, rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi dövrdə futbolun da bu imkanlardan faydalanması müasir tələblərdəndir. Baş katibin sözlərinə görə, müqavilə xüsusilə uşaq və gənclər liqalarında çıxış edən klubların fəaliyyətinə müsbət təsir göstərəcək, məşqçilər və skautlar üçün futbolçular barədə daha ətraflı məlumat əldə etməyə şərait yaradacaq. Cahangir Fərəcullayev AFFA-nın bu istiqamətdə proseslərə ciddi nəzarət edəcəyini və klublara lazımi dəstək göstərəcəyini vurğulayıb.
Manfred Lerley isə ilk olaraq “Eyeball”ın fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, şirkət 43 ölkədə fəaliyyət göstərir, Avropada 150 klubla əməkdaşlıq edir, ümumilikdə isə 3000-dən çox klub və 400 mindən artıq futbolçu ilə çalışır. O qeyd edib ki, dünya futbolunda gənc oyunçulara maraq getdikcə artır və AFFA ilə əməkdaşlıq bu baxımdan böyük əhəmiyyət daşıyır. Manfred Lerley bu işbirliyinin Azərbaycan futboluna ciddi töhfə verəcəyinə inandığını və perspektivli futbolçuların üzə çıxarılması istiqamətində əllərindən gələni edəcəklərini bildirib. Qonaq qeyd edib ki, bu platforma azərbaycanlı yeniyetmə və gənc futbolçuların Avropa klubları tərəfindən daha yaxından izlənilməsinə, eləcə də istedadlı oyunçuların legioner həyatı yaşamaları üçün əlverişli şəraitin formalaşmasına töhfə verəcək.
Qonaq bu platforma sayəsində azərbaycanlı yeniyetmə və gənc futbolçuların Avropadakı klublar tərəfindən daha izlənilməsinə və istedadlı oyunçuların legioner həyatı yaşamalarına şərait yaratmasına zəmin formalaşdıracaq.
Çıxışların ardından tərəflər arasında müqavilə imzalanıb və AFFA tərəfindən “Eyeball” şirkətinə xatirə hədiyyəsi təqdim olunub.
Sonda təşkil olunan mətbuat konfransında media nümayəndələrinin sualları cavablandırılıb.
 
Seçilən
10
4
affa.az

5Mənbələr