AZ

"Unibank" 5 nominasiya üzrə qalib olub

"Unibank" Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən həyata keçirilən “Bankçılıq Mükafatları - 2025” təşəbbüsü çərçivəsində 5 nominasiya üzrə qalib olub. Qiymətləndirmə bankların müxtəlif sahələr üzrə fəaliyyətlərini əhatə edib.

"Unikal" xəbər verir ki, qiymətləndirmənin nəticələrinə əsasən, "Unibank" aşağıdakı nominasiyalar üzrə mükafatlandırılıb:

“Korporativ sosial məsuliyyət” – Bankın sosial yönümlü layihələri, inklüziv təşəbbüsləri və cəmiyyətə verdiyi davamlı töhfələr bu kateqoriyada yüksək qiymətləndirilib. 

“Maliyyə savadlılığı dəstəkçisi” – Bankın geniş auditoriyanı əhatə edən maarifləndirici proqramları, təlimlər və rəqəmsal kontent vasitəsilə maliyyə biliklərinin artırılmasına verdiyi töhfə bu nominasiyada önə çıxıb.

“Təhsil dəstəkçisi” – “Unibank”ın təhsil sahəsində həyata keçirdiyi layihələr, gənclərin inkişafına yönəlmiş təşəbbüslər xüsusi qeyd olunub.

“Dayanıqlı bankçılıq üzrə layihələr (ESG)” – Bankın ekoloji məsuliyyət, sosial təsir və korporativ idarəetmə prinsiplərinə uyğun fəaliyyətləri, eləcə də dayanıqlı inkişafı təşviq edən layihələri bu istiqamətdə fərqlənməsinə səbəb olub.

“Beynəlxalq əməkdaşlığın inkişafında fərqlənən bank” – “Unibank”ın beynəlxalq maliyyə institutları ilə əməkdaşlığının genişləndirilməsi, xarici tərəfdaşlıqlar və qlobal maliyyə sisteminə inteqrasiya istiqamətində atdığı addımlar yüksək qiymətləndirilib.

“Unibank”ın 5 nominasiya üzrə əldə etdiyi bu nəticə bankın yalnız maliyyə xidmətləri sahəsində deyil, eyni zamanda sosial məsuliyyət, təhsil, innovasiya və beynəlxalq əməkdaşlıq istiqamətlərində də ardıcıl və strateji fəaliyyətinin göstəricisidir.

"Unibank" - Sənin Bankın!

Seçilən
31
6
unikal.az

7Mənbələr