AZ

Azərbaycanda avtomobil sığortasında yeni qayda: 30 günə saziş bağlanacaq

Bakı. Trend:

Avtonəqliyyat vasitəsinin istifadə təyinatı barədə sığortaçılarvə İcbari Sığorta Bürosu arasında kollektiv saziş bağlanılacaq.

Trend-inməlumatına görə, bunun üçün maksimum 30 günlük müddəttanınacaq.

Belə ki, aşağıdakı şərtlərin hər biri mövcud olduqdaavtonəqliyyat vasitəsinin istifadə təyinatı barədə yanlış məlumatvermiş sığortalı ilə bağlanacaq növbəti sığorta müqaviləsindəsığorta haqqı üzrə dürüstləşdirmə məbləği tətbiq ediləcək:

  • yanlış məlumatın verilməsi avtonəqliyyat vasitəsinə münasibətdəbağlanmış sonuncu sığorta müqaviləsi üzrə olduqda;
  • sığortaçı tərəfindən yanlış məlumatın verilməsi faktı sığortahadisəsi baş verdikdən sonra müəyyən edilmiş olduqda.

Sığorta haqqı üzrə dürüstləşdirmə məbləği üzrə qarşılıqlıhesablaşmaların həyata keçirilməsi məqsədilə sığortaçılar və İcbariSığorta Bürosu arasında 2026-cı il martın 20-dən ən geci 30 təqvimgünü müddətində kollektiv saziş bağlanılacaq.

Kollektiv sazişdə azı aşağıdakı məsələlər əhatə olunacaq:

  • kollektiv sazişə qoşulma və ondan çıxma qaydası;
  • sığorta haqqı üzrə dürüstləşdirmə məbləği üzrə sığortaçılararasında hesablaşma qaydası;
  • öhdəliklərin icra müddətləri;
  • mübahisələrin həlli qaydası.

Sığortaçılar arasında aparılan hesablaşmalar nağdsız formadahəyata keçiriləcək.

Seçilən
29
9
az.trend.az

10Mənbələr