AZ

"Belə davam etdikcə, İtaliya futbolu daha da betər olacaq" - Aleksandr Çeferin

UEFA prezidenti Aleksandr Çeferin İtaliya futbolundakı problemləri izah edib.

Fanat.Az xəbər verir ki, "La Gazzetta dello Sport" Avropa futbol qurumunun rəhbərinin fikirlərini belə çatdırıb:

"İtaliyada bir çox siyasətçi hazırda Futbol Federasiyasının prezidenti Qabriele Qravinanın istefasını tələb edir. Bəzi insanların gizlicə nəyinsə səhv getməsini gözləməsi, sonra isə sıçrayaraq tənqid etməyə başlaması məni həm qəzəbləndirir, həm də kədərləndirir. Onlar İtaliya üçün yox, özləri üçün azarkeşlik edirlər. Deyin görək, hansı italyan oyunçu çağırılmalı olduğu halda çağırılmayıb? Bu, futboldur və hətta meydanda ən yaxşı oyunçular olsa belə, heç kəs uduzmağı qəbul etməli deyil. 

İtaliya ən böyük futbol ölkələrindən biridir və yenidən zirvəyə qalxacaq. İtaliya futbolundakı ən böyük problem futbolla "adi" siyasət arasındakı əlaqədir. Hamı bir olmağı bacarsaydı, yenidən Avropa və dünya çempionu olardınız. Amma müəyyən insanlar bu şəkildə davam etdikcə, İtaliya futbolunda işlər getdikcə daha da betər olacaq".

Qeyd edək ki, İtaliya milli komandası 2026-cı il dünya çempionatının son pley-off oyununda Bosniya və Herseqovinaya uduzaraq ardıcıl üçüncü dəfə mundiala vəsiqə qazana bilməyib.

Seçilən
2
1
fanat.az

2Mənbələr