AZ

Fuad Nağıyev ötən il təyin etdiyi rəisi işdən çıxardı (FOTO)

Qaynarinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ötən ilin fevral ayında vəzifəyə təyin edilən Dövlət Turizm Agentliyinin Quba Regional Turizm İdarəsinin rəisi Samir Cabarov işdən çıxarılıb. 

Qaynarinfo-nun məlumatına görə, Agentliyin sədri Fuad Nağıyevin müvafiq əmri ilə Samir Cabbarov otellərin birinə rəhbər vəzifəsinə təyinat alması ilə əlaqədar vəzifəsindən azad edilib. 

Onun yerinə rəis əvəzi İskəndərov Rəfail Musa oğlu gətirilib. 

Rəfail İskəndərov bundan əvvəl Quba Regional Turizm İdarəsinin aparıcı məsləhətçisi vəzifəsinə çalışıb. 

Aydın

Rəfail İskəndərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
47
12
qaynarinfo.az

10Mənbələr