AZ

Sərnişinlər sürücülərdən, sürücülər də şirkətlərdən narazıdır AÇIQLAMA

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Bakıda taksi xidmətləri bazarında platformalar tərəfindən tətbiq olunan yüksək komissiya haqları müzakirə mövzusuna çevrilib. Bildirilir ki, bəzi hallarda sürücülərdən 20%-ə qədər komissiya tutulması onların real gəlirlərinə ciddi təsir göstərir. Bu vəziyyət həm sürücülərin qazanc imkanlarını məhdudlaşdırır, həm də xidmət qiymətlərinin formalaşmasına dolayısı ilə təsir edir. Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, bu sahədə çalışan şəxslər çox vaxt ağır şərtlər daxilində işləməyə məcbur olurlar. "Məsələ ondadır ki, aqreqator şirkətlər, istər yerli, istərsə də xarici, müəyyən öhdəliklər çərçivəsində fəaliyyət göstərmirlər. Onlar daha sərbəst şəkildə, öz daxili qaydaları və idarəetmə prinsipləri ilə işləyirlər və sürücülər də məhz bu qaydalar əsasında fəaliyyət göstərmək məcburiyyətində qalırlar. Hazırda bu sahədə effektiv nəzarət mexanizmi tam formalaşmayıb. Düzdür, bununla bağlı AYNA tərəfindən müəyyən təklif və tələblər irəli sürülür, lakin bunlar kifayət etmir. Problemlər hələ də qalırsa, deməli məsələ tam həll olunmayıb və müəyyən mənada ört-basdır edilib".Ekspert bildirib ki, bu baxımdan, əsas yanaşma rəqabət prinsiplərinə söykənməlidir. "Elə bir mühit formalaşdırılmalıdır ki, həm şirkətlər, həm də avtomobil sahibləri qazansın. Hazırda isə vəziyyət belədir ki, qazanmayan əsas tərəf sürücülərdir. Avtomobil sahibləri və digər iştirakçılar gəlir əldə etsə də, sürücülərin qazancı kifayət qədər olmur və onların gəliri, demək olar ki, təmiz qazanc kimi qiymətləndirilmir. Bu kimi problemlər hələ də həllini tapmamış məsələlər sırasındadır və ciddi dəyişikliklərə ehtiyac var. Ümumiyyətlə, cəmiyyətdə inkişaf üçün daima yenilənmə və dəyişikliklər vacibdir. Rəqabət olmadan inkişaf mümkün deyil. Əks halda, inflyasiya yüksələ, bu da qiymət artımına, o cümlədən taksi xidmətlərinin bahalaşmasına və sürücü çatışmazlığına səbəb ola bilər".Onun sözlərinə görə, əgər sürücü öz əməyinin qarşılığını ala bilmirsə, bu sahədə işləməyə maraq göstərməyəcək. "Bu isə xidmət keyfiyyətinə və ümumi bazara mənfi təsir edəcək. Ona görə də, bu problemlərin həlli üçün yeni, daha effektiv və konseptual yanaşmaların tətbiqi zəruridir".Əfsanə Kamal

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
demokrat.az

1Mənbələr