AZ

Android əməliyyat sisteminin Azərbaycan bazarındakı payı artıb

Bakı.Trend:

Bu ilin mart ayında "Android" əməliyyat sisteminin Azərbaycanbazarındakı payı ötən ayla müqayisədə 1,9 faiz bəndi artaraq, 37,92faizə çatıb.

Trend bu barədə"Global Stats" statistika mərkəzinə istinadən məlumat verir.

Məlumata görə, bu ay Azərbaycanda ən populyar ikinci əməliyyatsistemi isə "Microsoft Windows" olub. Sistemin bazar payı fevralayı ilə müqayisədə 5,21 faiz bəndi azalaraq 26,33 faiz təşkiledib.

Üçüncü yerdə isə 18,62 faiz bazar payı ilə "iOS" qərarlaşıb(ötən ayla müqayisədə 1,5 faiz bəndi həcmində artım müşahidəolunub)

Seçilən
60
az.trend.az

1Mənbələr