AZ

Makrondan Trampın zarafatına SƏRT CAVAB: Münaqişəyə fokuslanmalıyıq

Makron Trampın onun ailəsi ilə bağlı zarafatına sərt reaksiya verib.

İnterpress.az xəbər verir ki, bu barədə “xarici KİV” məlumat yayıb.

Fransa Prezidenti Emmanuel Makron Donald Trampın onun həyat yoldaşı tərəfindən döyülməsi ilə bağlı etdiyi zarafatlara kəskin etirazını bildirib. Makron Trampın ünvanına səsləndirdiyi bu ifadələri “qeyri-zərif və yersiz” adlandırıb.

Fransa lideri qeyd edib ki, belə bəyanatlar İranla davam edən hərbi münaqişə kimi ciddi bir dövrdə səsləndirilməməlidir. O, diqqətin bu cür əsassız ittihamlardan yayındırılaraq, münaqişənin nizamlanması üçün aparılan danışıqlara yönəldilməsinin vacibliyini vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
51
interpress.az

1Mənbələr