AZ

Medina “Qarabağ”dan GEDƏCƏK?

"Qarabağ"ın mərkəz müdafiəçisi Kevin Medinanın növbəti mövsümə harada başlayacağı dəqiqləşib.

Bizim.Media xəbər verir ki, 33 yaşlı futbolçu ilə Türkiyə və Macarıstan klubları maraqlansa da, onun transferi üçün Ağdam təmsilçisinə rəsmi təklif göndərilməyib.

Karyerasının qürub çağlarını yaşayan Kevinin özü də rəhbərliyə iş yerini dəyişmək barədə düşünmədiyini deyib.

"Köhlənlər"lə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulan arxa xətt oyunçusunun 2028-ci ilin yayınadək Azərbaycan komandasında oynamaq ehtimalı da az deyil.

Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 32 matça çıxan Medina 2 qolla yadda qalıb. O, 2020-ci ildən "Qarabağ"ın uğurları üçün çalışır.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
9
2
bizim.media

3Mənbələr