AZ

Livan İsrail sərhədində gərginlik davam edir

ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

İsrail ordusunun Livanın cənubuna həyata keçirdiyi son hava hücumunda 6 nəfər həyatını itirib. İsrail ordusunun Livana 2 martda başladığı hücumlar davam edir.

"Cebheinfo.az" xəbər verir ki, Livanın rəsmi agentliyi NNA-nın xəbərinə görə, İsrail təyyarələri səhər erkən saatlardan bəri Livanın cənubundakı Dıbbin, Kefer Sir, Haruf, Zibdin, Yatır və Burç Rahhal qəsəbələrini hədəf alıb.

İsrail döyüş təyyarələri Nəbatiyə şəhərinə bağlı Zibdin qəsəbəsində 4 mərtəbəli binanı hədəf alaraq yerlə-yeksan edib.

Hücumda Zibdin Bələdiyyə Məclisinin üzvü Bilal Cavad, qardaşı Mehdi Cavad və anaları Hala Kubeyisi həyatını itirib. Şəhərin Kefra qəsəbəsində Əbdürrauf Sıbeyti Kompleksini hədəf alan İsrail hücumunda üçü ağır olmaqla 6 nəfər yaralanıb. Kefer Sir qəsəbəsində 2 mərtəbəli binaya təşkil edilən hücumda 3 nəfər həyatını itirib.

İsrail ordusu həmçinin sərhəd xəttindəki Hiyam qəsəbəsi ilə Sadiykayn və Zıbkin qəsəbələrinə artilleriya zərbələri endirib.

Digər tərəfdən, İsrail ordusu gecə saatlarında cənubdakı Nakura, Bayyada, Dibil və bəzi sərhəd kəndlərində bir çox evi partlayıcılarla dağıdıb, kənd təsərrüfatı sahələrində yanğın törədib və yolları məhv edib.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
1
cebheinfo.az

2Mənbələr