AZ

Azərbaycanın sağlamlıq turizmi sahəsində fəaliyyət göstərən nümayəndə heyəti Türkiyədə səfərdədir FOTOLAR

ain.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

Azərbaycanın sağlamlıq turizmi sahəsində fəaliyyət göstərən nümayəndə heyəti Türkiyənin Trabzon şəhərinə “ÖZƏL XƏSTƏXANALAR QRUPU”nun idarə heyətinin dəvəti ilə işgüzar səfərdədir.

02–05 aprel 2026-cı il tarixlərini əhatə edən səfərin əsas məqsədi Azərbaycan ilə Türkiyə arasında sağlamlıq turizmi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, institusional əlaqələrin genişləndirilməsi və tibbi turizm imkanlarının qarşılıqlı təşviqidir.

Nümayəndə heyətini Trabzon Hava Limanında “Özel İmperial Hastanesi”nin Sağlamlıq Turizmi Departamentinin müdiri Furkan Dalyan və Korporativ Marketinq Departamentinin müdiri Erkan Deniz qarşılayıb.

Azərbaycandan gələn nümayəndə heyətinə Azərbaycan Sahinkarlar Kongederasiyasının Rəyasət heyətinin üzvü, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev rəhbərlik edir. Heyətin tərkibinə həmçinin Ceyhun Aşurov (Skal Baku Turizm Peşəkarları Təşkilatının sədri), Vuqar Eyvazov (ÖTMA-nın baş katibi), Anar Yusifov (“Referans Medical Group”un strateji marketinq və tibbi turizm üzrə meneceri) və Ramil Əliyev (“İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri) daxildir.

Səfər çərçivəsində nümayəndə heyətinin bir sıra rəsmi görüşlər keçirməsi, aparıcı səhiyyə müəssisələrini ziyarət etməsi və tanışlıq proqramlarında iştirak etməsi planlaşdırılır.

Görüşlər zamanı tərəflər arasında səhiyyə və tibbi turizm sahəsində əməkdaşlıq perspektivlərinin müzakirəsi, birgə layihələrin həyata keçirilməsi, eləcə də qarşılıqlı təcrübə mübadiləsinin aparılması nəzərdə tutulur.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
8
3
icma.az

4Mənbələr