AZ

Azərbayanda ev təsərrüfatlarına kredit qoyuluşu artıb

Bu il mart ayının 1-ə Azərbaycanda banklar və qeyri-banklar tərəfindən ev təsərrüfatlarına kredit qoyuluşunun həcmi toplam 19 milyard 197 milyon manat təşkil edib.

APA-Economics” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu göstərici 2025-ci ilin martın 1-ə nisbətən 11,7 faiz və ya 2 milyard 13,5 milyon manat, cari ilin fevral ayının 1-i ilə müqayisədə isə 0,4% və ya 81.9 milyon manat çoxdur.

Qeyd edək ki, mart ayının 1-nə Azərbaycanda real sektora cəmi kredit qoyuluşu 32 milyard 2.5 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 8,8 faiz və ya 2 milyard 599.6 milyon çoxdur. Aylıq müqayisədə isə bu göstərici 0,4 faiz və ya 138.8 milyon manat artıb.

Seçilən
7
2
apa.az

5Mənbələr